Operativ Məlumat Mərkəzi

Xaricdə ali təhsil alanların peşə tanınması üzrə keçiriləcək imtahanın vaxtı dəyişib

1 dəq
Paylaş:
Xaricdə ali təhsil alanların peşə tanınması üzrə keçiriləcək imtahanın vaxtı dəyişib
Xaricdə ali təhsil alanların peşə tanınması üzrə keçiriləcək imtahanın vaxtı dəyişib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bununla bağlı...

Xaricdə ali təhsil alanların peşə tanınması üzrə keçiriləcək imtahanın vaxtı dəyişib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bununla bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi peşə tanınması üzrə imtahanda iştirak edəcək xarici ölkələrdə ali təhsil almış şəxslərə müraciət edib.

Qeyd olunub ki, iyulun 29-da müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün nəzərdə tutulan peşə tanınması üzrə imtahan texniki səbəblərdən Dövlət İmtahan Mərkəzi tərəfindən 1 avqust 2023-cü il tarixinə keçirilib.

İmtahanlar müvafiq ixtisaslar üzrə saat 11:00 və 14:00-da baş tutacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər