Əsas məzmuna keç

WhatsApp-dan YENİLİK: “Gələn mesajları…”

WhatsApp-dan YENİLİK: “Gələn mesajları…”

WhatsApp naməlum hesablardan gələn mesajları avtomatik bloklama funksiyası üzərində işləyir. Yeni təhlükəsizlik xüsusiyyəti.

"" mesenceri istifadəçilərini naməlum hesablardan gələn arzuolunmaz və potensial təhlükəli mesajlardan qorumaq üçün yeni funksiya üzərində işləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Bildirilir ki, "WhatsApp"ın Android üçün 2.24.17.24 beta versiyasında aşkar edilib.

Yenilik istifadəçilərə naməlum həmsöhbətlərdən gələn mesajları, əgər onların həcmi müəyyən edilmiş həddi keçirsə, olaraq bloklamağa imkan verir. Bu, istifadəçiləri spam, fişinq və zərərli proqram təminatı ilə yoluxma riskindən qorumağa kömək edəcək.

Hazırda "WhatsApp" şübhəli mesajları, həmçinin kütləvi göndərişləri aşkar etmək və filtrasiya etmək üçün avtomatlaşdırılmış alətlərdən istifadə edir. Yeni funksiya isə istifadəçilərə əlavə qorunma səviyyəsi təqdim edəcək, naməlum hesablardan gələn mesajları preventiv şəkildə bloklamağa imkan yaradacaq.

"WhatsApp"ın yeni funksiyasının nə vaxt istifadəçilər üçün olacağı hələ məlum deyil.

WhatsApp-dan YENİLİK: “Gələn mesajları…”

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…