Əsas məzmuna keç

“McDonald's” ABŞ-dakı ofislərini bağlayır

“McDonald's” ABŞ-dakı ofislərini bağlayır

Tez hazırlanan qida üzrə xidmət göstərən “McDonald`s” restoranlar şəbəkəsi, yenidən strukturlaşmanın bir hissəsi olaraq işçilərin vəzifəsindən azad...

Tez üzrə xidmət göstərən “McDonald`s” restoranlar şəbəkəsi, yenidən strukturlaşmanın bir hissəsi olaraq işçilərin vəzifəsindən azad edilməsini elan etməyə hazırlaşdığı üçün bu həftə ABŞ-dakı ofislərini müvəqqəti bağlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Wall Street Journal” şirkətin bəyanatına istinadən məlumat verib.

Qeyd olunub ki, aprelin 3-dən etibarən bu həftə ərzində “McDonald's” şirkətdəki işçilərin sayı ilə bağlı əsas qərarları açıqlayacaq.

Həmçinin, şəbəkənin rəhbərliyi amerikalı və bəzi digər işçilərindən faktiki olaraq kadrlarla bağlı qərar qəbul edə bilmək üçün bazar ertəsindən çərşənbə gününə qədər məsafədən iş formatına keçməyi xahiş edib.

Bundan əlavə, işçilərdən tədarükçülərlə, eləcə də “McDonald's” qərargahındakı digər tərəfdaşlar və həmkarları ilə bütün görüşləri ləğv etmək istənilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…