Operativ Məlumat Mərkəzi

Volodin Navalnının ölümündən kimin faydalandığını açıqlayıb

1 dəq
Paylaş:
Volodin Navalnının ölümündən kimin faydalandığını açıqlayıb
o, bu barədə teleqram kanalında yazıb. “Navalnının ölümündə Vaşinqton və Brüssel məsuliyyət daşıyır. Səbəbini məhkəmə-tibb ekspertləri və istintaq...

Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Aleksey Navalnının ölümündən ABŞ və Avropa İttifaqı faydalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə teleqram kanalında yazıb.

“Navalnının ölümündə Vaşinqton və Brüssel məsuliyyət daşıyır. Səbəbini məhkəmə-tibb ekspertləri və istintaq müəyyən edəcək. Hamısının adı məlumdur: NATO-nun baş katibi və ABŞ rəhbərliyindən tutmuş, Navalnının ölümünün günahkarları Şolz, Sunak və Zelenskiyə qədər”, – deyə Volodin vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər