Əsas məzmuna keç

ABŞ Ukraynada sülh əldə olunana qədər ona silah verəcəyinə söz verdi

ABŞ Ukraynada sülh əldə olunana qədər ona silah verəcəyinə söz verdi

Vaşinqton Kiyevə hərbi yardımı dayandırmayacağını açıqladı. Ağ Evin yeni strateji dəstəyi və Pentaqonun tədarük planı müharibənin gedişini necə dəyişəcək?

en ru

ABŞ müqaviləsi imzalanana qədər Ukraynaya yardımını davam etdirəcək.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker “Newsmax” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, sülh razılaşmasına nail olunana qədər NATO müttəfiqlərinə silah satışını davam etdirəcək və həmin silahlar əsasən Ukraynaya ediləcək. Uitaker qeyd edib ki, söhbət həm hava hücumundan müdafiə sistemlərindən, həm də döyüş əməliyyatlarının davam etdirilməsi üçün hücum silahlarından gedir.

“Çünki məhz bu güc sonda sülhü təmin edəcək ki, müharibə başa çatdıqdan sonra Avropa qitəsi yeni bir işğalla üzləşməsin”, – deyə daimi nümayəndə vurğulayıb.

Qeyd edək ki, NATO-nun Mark Rutte daha əvvəl Ukraynada üç-dörd il davam edən münaqişə nəticəsində Avropa ölkələrinin silah ehtiyatlarının əhəmiyyətli hissəsinin məhv edildiyini və ya tükəndiyini açıqlamışdı. Onun sözlərinə görə, bu vəziyyət ABŞ-də mövcud olan ehtiyatlara daha çox etibar edilməsini zəruri edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…