VİP sədri əfv edildi

VİP sədri əfv edildi
08.05.2023 10:06
Aa
dəq

Həbsdə olan Vətəndaş və İnkişaf  Partiyasının (VİP) sədri Əli Əliyev əfv edilib.

"Operativ Məlumat Mərkəzi-OMM"  xəbər verir ki, bununla bağlı bu gün Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Sabunçu Rayon Məhkəməsinin 2022-ci il 22 noyabr tarixli hökmü ilə məhkum edilmiş Əli Əliyev əfv olunub.

Qeyd edək ki, partiya sədri 3 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi. Partiya sədri əvvəlcə üç müxtəlif şəxs tərəfindən xüsusi ittiham qaydasında şikayət olunmuşdu. Belə ki, Dövlət Sərhəd Xidmətinin qəzaya uğramış helikopterindən sağ çıxan iki hərbçi barədə səsləndirdiyi fikirlərə, eləcə də YAP Binəqədi Rayon təşkilatının sabiq sədr əvəzi Ramiz Göyüşov haqqındakı fikirlərinə görə, hər üç şəxs onu şikayət etmişdi. Məhkəmə partiya sədrinin üç iş üzrə ümumilikdə 1 il müddətə azadlıqdan məhrum edilməsinə qərar vermişdi.

Bir müddət sonra isə həbsxanada davaya qarışmışdı. Bakı İstintaq Təcridxanasında kamera yoldaşına xəsarət yetirməkdə ittiham edilirdi. Partiya sədri qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirli bilinirdi. Yekun ökmə əsasən, onun cəza müddəti 2026-cı ildə bitməli idi.

Həftənin ən çox oxunanları

MDM və investisiya şirkətləri çirkli pulların yuyulmasına qarşı birgə fəaliyyət göstərəcək

MDM və investisiya şirkətləri çirkli pulların yuyulmasına qarşı birgə fəaliyyət göstərəcək
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 3

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 3
DAVAMIN OXU davamın oxu

Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar

Dövlət başçısı: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
DAVAMIN OXU davamın oxu

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Azərbaycan Prezidenti: Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
DAVAMIN OXU davamın oxu