Əsas məzmuna keç

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsinə yeni qayda

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsinə yeni qayda

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi prosesi sadələşdirir. Artıq körpələrin ailələrə verilməsi şərtləri dəyişdi: yenilikləri buradan öyrənin.

en ru

OMM Bot · bu xəbərdə 3 əsas fakt

  • Prezident İlham Əliyevin fərmanı ilə övladlığa götürmə qaydasında görüşlərin təşkili dəyişdirilib.
  • Valideyn-namizəd uşağın müəssisəsində bir ay ərzində azı 20 saat görüşəcək; əvvəllər müddət iki ay, ayda 40 saat idi.
  • 0–3 yaşlı uşaqlar üçün Nazirlik sosial işçinin hesabatı əsasında müddəti 10 günə və görüşü 6 saatadək qısalda bilər.

Faktları süni intellekt bu xəbərin öz mətnindən seçib.

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Valideyn-namizədə uyğun uşağın, himayəsindən uşağa uyğun valideynin seçilməsi və onların görüşlərinin təşkilinə dəyişiklik edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, İlham Əliyevin fərmanı ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”na edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın yerləşdirildiyi müəssisədə 1 (bir) ay müddətində azı 20 (iyirmi) saat olmaqla görüşü təşkil ediləcək.

Yuxarıda nəzərdə tutulmuş müddəti valideyn himayəsindən məhrum olmuş 0-3 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında Nazirlik 10 (on)) gün müddətində 6 (altı) saatadək qısalda bilər.

Sosial işçi bu Qaydanın 7.4-cü bəndində nəzərdə tutulmuş müddətdə 10 (on) saatdan az olmayaraq, bu Qaydanın 7.5-ci bəndində nəzərdə tutulmuş halda isə bütün müddət ərzində valideyn-namizədi müşahidə edir və həmin müddət başa çatdıqda 3 (üç) iş günündən gec olmayaraq müəssisədə valideyn-namizədlə uşağın görüşünün nəticələrinə dair rəy hazırlayıb altsistemə daxil edəcək.

İndiyə qədər valideyn himayəsindən məhrum olmuş uşağa uyğun valideyn-namizədin uşaqla tanışlıq və ailə bağlarının qurulması məqsədilə uşağın yerləşdirildiyi müəssisədə 2 (iki) ay müddətində ayda ən azı 40 (qırx) saat olmaqla görüşü təşkil edilirdi.

Yuxarıda nəzərdə tutulmuş müddəti valideyn himayəsindən məhrum olmuş 0-1 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında Nazirlik 20 (iyirmi) gün müddətində 12 (on iki) saatadək qısalda bilərdi.

Bu Qaydanın 7.4-cü və 7.5-ci bəndlərində nəzərdə tutulmuş müddətdə sosial işçi hər ay ərzində 8 (səkkiz) saatdan az olmayaraq valideyn-namizədi müşahidə edir və həmin müddət başa çatdıqda 3 (üç) iş günündən gec olmayaraq müəssisədə valideyn-namizədlə uşağın görüşünün nəticələrinə dair rəy hazırlayıb altsistemə daxil edirdi.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…