Əsas məzmuna keç

“Vikinq”in baş məşqçisi “Sabah”la oyun öncəsi mətbuat konfransına qatılmayıb

“Vikinq”in baş məşqçisi “Sabah”la oyun öncəsi mətbuat konfransına qatılmayıb
— Foto: idman.biz

Morten Yensenin əvəzinə jurnalistlərin suallarını digər baş məşqçi Byarte Lunde Orsheym cavablandırıb. Klubun baş direktoru Yensenin media ilə ünsiyyətinə məhdudiyyət qoyulduğu ehtimalını rədd edib.

en ru

Norveçin “” klubunun baş məşqçisi Morten Yensen UEFA Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turunda “Sabah”la keçiriləcək oyun ərəfəsində jurnalistlərlə görüşə qatılmayıb.

Sportsbibelen nəşrinin məlumatına görə, Yensenin mətbuat qarşısına çıxmaması Norveç çempionatında “Budo-Qlimt”lə matçda baş verən qalmaqaldan sonra diqqət çəkib. Həmin oyunda Yensenlə rəqib komandanın baş məşqçisi Ketil Knutsen arasında emosional mübahisə yaşanıb və hər iki mütəxəssis meydandan kənarlaşdırılıb.

Jurnalistlərlə görüşdə Yensenin əvəzinə “Vikinq”in digər baş məşqçisi Byarte Lunde Orsheym iştirak edib. Klubdan bildirilib ki, iki mütəxəssis komandaya növbə ilə rəhbərlik edir və hər həftə vəzifələrini dəyişirlər.

Yensenin niyə mətbuat qarşısına çıxmadığı barədə suala Orsheym “Xeyr, hazırda mənim həftəmdir” cavabını verib.

“Vikinq”in baş direktoru Erik Nevland Yensenin əvvəlki qalmaqala görə jurnalistlərdən uzaq tutulduğu ehtimalını rədd edib. “Düşünürəm ki, Morten çərşənbə günü baş verəcəklərə diqqətini yönəltməlidir. Hazırda ən vacib məsələ budur”, – deyə o bildirib. Nevland klubda məşqçilərin media ilə ünsiyyətinə məhdudiyyət qoyulmadığını da vurğulayıb.

“Vikinq” – “Sabah” qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə vaxtı ilə saat 00:00-da başlayacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…