“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda “Vikinq”lə Norveçdə keçirəcəyi oyunda komandanı 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir.
Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib ki, komanda bu gün çarter reysi ilə Stavangerə yollanacaq. Onun sözlərinə görə, Norveçə uçuş saat 15:00-da nəzərdə tutulub.
Həmidov azarkeşlərdən gələn müraciətlərin sayının təxminən 200 olduğunu deyib. O, oyun gününədək bu rəqəmin dəyişə biləcəyini də qeyd edib.
“Vikinq” – “Sabah” matçı noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Kontekst
Oktyabrın 31-də “Vikinq” Norveç Elitseriyasının 25-ci turunda səfərdə “Budo-Qlimt”ə 2:3 hesabı ilə uduzub.