Əsas məzmuna keç

“Vikinq” 34 illik fasilədən sonra Norveç çempionu olub

“Vikinq” 34 illik fasilədən sonra Norveç çempionu olub
— Foto: Report.az

“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turundakı rəqibi “Vikinq” 1899-cu ildə yaradılıb. Stavanger klubu 9 dəfə ölkə çempionu, Norveç Kubokunun 6 qat qalibidir.

en ru

“” ev oyunlarını 16 300 tamaşaçı tutumuna malik “Vikinq stadionu”nda keçirir. Kluba 2021-ci ildən Byarte Lunde Aarsheym və Morten Yensen bərabərhüquqlu baş məşqçilər kimi rəhbərlik edirlər.

Onlar məşq prosesini və taktiki hazırlığı birlikdə idarə edir. Aarsheym əsasən müdafiə, Yensen isə hücum üzərində çalışır. Heyət seçimi və digər mühüm qərarlar müzakirə edilərək birgə qəbul olunur. Bu əməkdaşlıq “Vikinq”ə 2025-ci ildə 34 illik fasilədən sonra Norveç çempionluğunu qazandırıb. Klubun rəhbəri Yan Henrik Celsadır.

Çempionat və avrokuboklar

Klubun ən uğurlu dövrü 1970-ci illərə təsadüf edib: “Vikinq” 1972, 1973, 1974 və 1975-ci illərdə ardıcıl dörd dəfə Norveç çempionu olub. Komanda hazırda ölkə çempionatında 59 xalla liderdir. İkinci pillədəki “Budyo Qlimt” də eyni xala malikdir.

“Vikinq”in heyətinin əsasını norveçli futbolçular təşkil edir. Komandada Slovakiya, Danimarka, Niderland, Avstraliya, Yeni Zelandiya, İslandiya və Qanadan olan legionerlər də çıxış edir.

Norveç təmsilçisi UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi əvvəlki üç oyunun ikisində uduzub, birində heç-heçə edib. “Vikinq” İngiltərədə “Aston Villa”ya, Almaniyada “Ştutqart”a 1:3 hesabı ilə məğlub olub, evdə isə “Bavariya” ilə 3:3 heç-heçə edib.

“Vikinq” – “Sabah” oyunu noyabrın 4-dən 5-nə keçən gecə, vaxtı ilə saat 00:00-da başlayacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…