Əsas məzmuna keç

Vaqif Xaçatryan Meşəlidə bu şəxsləri öldürüb - SİYAHI

Vaqif Xaçatryan Meşəlidə bu şəxsləri öldürüb - SİYAHI

bu barədə Vaqif Xaçatryanın ittiham aktında bildirilir. İttihamda qeyd edilib ki, 23 dekabr 1991-ci il tarixdə səhər saat 06 radələrində Vaqif Xaçatryan...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı zamanı Vaqif və digər erməni silahlılarının qətlə yetirdiyi şəxslərin adları açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Vaqif Xaçatryanın ittiham aktında bildirilir.

İttihamda qeyd edilib ki, 23 dekabr 1991-ci il tarixdə səhər saat 06 radələrində Vaqif Xaçatryan qanunsuz silahlı hərbi birləşmələrin üzvləri ilə birlikdə Xankəndi şəhərində dislokasiya olunmuş Federasiyası Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayın şəxsi heyəti və ağır texnikasının dəstəyi ilə Meşəli kəndinə basqın edərək evlərə və küçələrə hücum edib.

Onlar kənd sakinləri 1936-cı il təvəllüdlü Qədim, 1936-cı il təvəllüdlü Quliyeva Ruba Hacı qızını, 1903-cü il təvəllüdlü Quliyev Mətləb Qənimət , 1932-ci il təvəllüdlü Novruzov Novruz Məhərrəm oğlunu, 1932-ci il təvəllüdlü Novruzova Adilə Məhəmməd qızını, 1977-ci il təvəllüdlü Novruzova Rahilə Novruz qızını, 1979-cu il təvəllüdlü Novruzova Rübabə Novruz qızını, 01 iyul 1926-cı il təvəllüdlü Sadiqov Əvəz Alış oğlunu, 1932-ci il təvəllüdlü Sadıqova Qönçə Məmmədbağır qızını, 1927-ci il təvəllüdlü Nurməmmədov Hüseyn Rza oğlunu, 1936-cı il təvəllüdlü Nurməmmədova Pakizə İslam qızını, 1969-cu il təvəllüdlü İbadullayev Nadir Nəbi oğlunu, 1974-cü il təvəllüdlü Allahverdiyev Vidadi Müsül oğlunu, 1938-ci il təvəllüdlü Kazımov Xəlil Mahmud oğlunu, 1963-cü il təvəllüdlü Mehralıyev Əli Mürsəl oğlunu, 1942-ci il təvəllüdlü Hümbətov Bəhlul Müseyib oğlunu, 1929-cu il təvəllüdlü Qasimov Ənvər Bahadur oğlunu, 01 iyul 1915-ci il təvəllüdlü Xudayarova Surayya Alış qızını, xidməti vəzifələrini yerinə yetirən Xocalı rayon şöbəsinin Meşəli polis bölməsinin polis (milis) serjantları - 1969-cu il təvəllüdlü Quliyev İsmayıl Qənimət oğlunu və 1971-ci təvəllüdlü Novruzov Zakir Novruz oğlunu qətlə yetiriblər.

Təqvim

  1. Zəfər Günü 8 noyabr · 28 gün qalıb
  2. Dövlət Bayrağı Günü 9 noyabr · 29 gün qalıb
  3. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabr · 81 gün qalıb
Bütün bayramlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…