“Sabah”ın müdafiəçisi Timoteuş Puxaç Polşa millisinin soyunma otağındakı liderlər barədə fikirlərini bölüşüb. O, bu barədə yığmanın toplanışı zamanı “Foot Truck” kanalında Lukaş Visnyovski və Mateuş Boreklə söhbətində danışıb.
Puxaçın sözlərinə görə, Robert Levandovski ən vacib anlarda meydanda məsuliyyəti üzərinə götürən futbolçulardandır. Bununla belə, müdafiəçi onu komanda yoldaşlarını nitqlə ruhlandıran lider kimi görmür.
Puxaç Qlikin təsirini vurğulayıb
Polşalı futbolçu bu baxımdan Kamil Qliki nümunə çəkib. O, Qlikin soyunma otağında danışanda komanda yoldaşlarına xüsusi təsir göstərdiyini qeyd edib: “Qlik danışanda biz on santimetr hündür olurduq”.
Puxaç Kamil Qrosiskinin çıxışlarından da bəhs edib. Onun fikrincə, Qrosiskinin nitqləri ona tam təbii görünməyib. Müdafiəçi bununla futbolçunu aşağılamaq istəmədiyini, Qlikin isə xüsusi auraya malik olduğunu vurğulayıb.
Puxaçın qənaətinə görə, Qrosiskinin çıxışları 2016-cı il Avropa çempionatı zamanı yerinə düşə bilərdi, lakin sonradan vəziyyət dəyişib.
Polşa millisi başa çatan fasilədə UEFA Millətlər Liqasının B divizionunda bir qələbə qazanıb, bir heç-heçə edib və iki dəfə məğlub olub.