Əsas məzmuna keç

Vahid Hacıyev: Dayanıqlı və yaşana bilən icmalar yaradılır

Vahid Hacıyev: Dayanıqlı və yaşana bilən icmalar yaradılır

Şərqi Zəngəzurda bərpa prosesi sürətlənir. Prezidentin xüsusi nümayəndəsi azad edilən ərazilərdəki yeni hədəfləri və Böyük Qayıdışın mühüm detallarını açıqladı.

en ru

Yenidənqurma prosesi yalnız yol və digər infrastruktur layihələri ilə məhdudlaşmır. Bu, güclü iqtisadi təməlin, dayanıqlılığın əsas şərtlərindən biridir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Azərbaycanda ağıllı və davamlı şəhər layihələri" tədbirində çıxışı zamanı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid deyib.

O qeyd edib ki, yeni iş yerlərinin yaradılması, investorlar üçün imkanların genişləndirilməsi və iqtisadi fəaliyyətin mümkün qədər səmərəli təşkili istiqamətində addımlar atılır.

V.Hacıyev dəmir yollarının və magistrallarının yenilənməsi istiqamətində görülən işlərdən bəhs edib.

“Əsas məqsəd dayanıqlı və yaşana bilən icmalar formalaşdırmaqdır. Ağalı, Məmmədbəyli və Xıdırlı kəndləri də daxil olmaqla bir sıra bu yanaşma əsasında həyata keçirilir. Həmin kəndlər işğal dövründə tamamilə dağıdılıb və hazırda BMT-nin dayanıqlı inkişaf prinsiplərinə uyğun şəkildə yenidən qurulur. Layihələr “ağıllı infrastruktur”, rəqəmsal həllər və innovativ texnologiyalar əsasında həyata keçirilir. Məqsəd yalnız rahat yaşayış mühiti yaratmaq deyil, eyni zamanda dayanıqlı icmalar formalaşdırmaqdır”, - deyə Vahid Hacıyev vurğulayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…