Əsas məzmuna keç

Vahid Hacıyev: Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat qovşağına çevrilir

Vahid Hacıyev: Zəngəzur dəhlizi beynəlxalq nəqliyyat qovşağına çevrilir

Prezidentin xüsusi nümayəndəsi Şərqi Zəngəzurun qlobal logistika mərkəzi kimi potensialını və region üçün strateji əhəmiyyətini vurğulayıb.

en ru

Zəngəzur təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru əlaqəsini təmin etməyəcək, həm də Şərq-Qərb və Şimal-Cənub beynəlxalq dəhlizlərini birləşdirən strateji bir qovşağa çevriləcək. Bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentinin xüsusi nümayəndəsi Vahid Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində məlumat verib.

Vahid Hacıyevin sözlərinə görə, işğaldan azad olunan ərazilərdə infrastruktur layihələri sürətlə icra olunur:

  • və dəmir yolu: Dəhlizin avtomobil yolu hissəsinin tikintisi yekunlaşmaq üzrədir, dəmir yolu xəttində isə işlər tamamlama mərhələsindədir.
  • Körpü layihəsi: Araz çayı üzərində Azərbaycan və İranı birləşdirəcək körpünün tikintisi başa çatmaqdadır.

Xüsusi nümayəndə qeyd edib ki, bu layihə regional nəqliyyat və logistika inteqrasiyasının mühüm tərkib hissəsidir. Zəngəzur dəhlizinin reallaşması regionda dairəvi dəmir yolu şəbəkəsinin formalaşmasına şərait yaradacaq və Azərbaycanın illik yükdaşıma potensialını təxminən 50 milyon ton artıracaq.

Bundan əlavə, Zəngilan Beynəlxalq Hava Limanının fəaliyyəti yükdaşımaların çevikliyini və biznes üçün əlçatanlığı artırır. Vahid Hacıyev vurğulayıb ki, hələ tam istifadəyə verilməmişdən öncə belə, logistika və sənaye şirkətləri marşrutun strateji əhəmiyyətinə və yaratdığı iqtisadi imkanlara böyük maraq göstərirlər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…