Livanın Təhsil Nazirliyi təhlükəsizlik təhdidləri və müxtəlif bölgələrdə davam edən hücumlar səbəbindən bütün dövlət və özəl məktəblərin, eləcə də peşə təhsili müəssisələrinin bağlandığını elan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, bu qərar tələbələrin və müəllim heyətinin təhlükəsizliyini təmin etmək üçün verilib.
Nazirlik həmçinin qeyd edib ki, bir sıra dövlət məktəbləri məcburi köçkün ailələri üçün sığınacaq təmin etmək məqsədilə istifadə olunacaq.
Xatırladaq ki, İsrail Livanın müxtəlif ərazilərinə hücumlar təşkil edib, nəticədə 31 nəfər həlak olub, 149 nəfər yaralanıb.