Əsas məzmuna keç

Küveyt səhvən ABŞ-nin üç qırıcı təyyarəsini vurdu

Küveyt səhvən ABŞ-nin üç qırıcı təyyarəsini vurdu

Küveyt hava hücumundan müdafiə sistemləri ABŞ-yə məxsus üç "F-15E Strike Eagle" döyüş təyyarəsini "dost atəşi" ilə vurub.

en ru

Yaxın Şərqdə gərginliyin artması fonunda bölgədə ciddi hərbi insident baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, və İsrailin İrana qarşı hərbi əməliyyatlarından sonra Tehranın cavab addımları münaqişənin coğrafiyasını genişləndirib.

Son məlumatlara görə, ərazisində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç "F-15E " qırıcısı qəzaya uğrayıb.

ABŞ ordusunun rəsmi bəyanatına əsasən, hadisə Küveyt tərəfinin yanlışlığı nəticəsində baş verib.

Bildirilir ki, təyyarələr Küveyt ordusu tərəfindən hədəf alınaraq "dost atəşi" ilə vurulub.

Hər üç təyyarənin pilotu katapult sistemindən istifadə edərək sağ qalmağı bacarıb.

ABŞ və Küveyt rəsmiləri hadisə ilə bağlı araşdırmalara başlayıb.

Digər tərəfdən, İran rəhbərliyi regiondakı vəziyyətlə bağlı xəbərdarlıq edərək, istənilən ssenariyə, o cümlədən uzunmüddətli müharibəyə tam hazır olduqlarını bəyan edib. Hazırda bölgədə hərbi hazırlıq ən yüksək səviyyəyə qaldırılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…