Operativ Məlumat Mərkəzi

İran etirazçıları polisə təslim olmağa çağırır

1 dəq
Paylaş:
İran etirazçıları polisə təslim olmağa çağırır
İran hakimiyyəti iğtişaşlar zamanı cinayət fəaliyyətinə cəlb olunmuş şəxslərə könüllü təslim olmaq müqabilində güzəştlər vəd edib.

İran hakimiyyəti ölkədə baş verən iğtişaşlar zamanı müxtəlif qruplar tərəfindən aldadılaraq cinayət əməllərinə sövq edilən şəxslərə müraciət edib. Rəsmi Tehran bu şəxslərin könüllü şəkildə polisə təslim olacağı təqdirdə cəzalarının yüngülləşdiriləcəyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İranın polis rəisi "Operativ Məlumat Mərkəzi-OMM" dövlət teleradio şirkətinə verdiyi açıqlamada bildirib ki, təxribatçıların təsirinə düşən şəxslər üçün xüsusi müddət müəyyən edilib:

Təslim olmaq üçün 3 gün vaxt verilir, könüllü gələnlərin cəzasında əhəmiyyətli dərəcədə yüngülləşdirmə tətbiq olunacaq.

Qeyd edək ki, yanvarın 13-də İran polisi iğtişaşlarda iştirak etməkdə, talanlar törətməkdə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumda ittiham olunan 300-ə yaxın şəxsin saxlanıldığını açıqlamışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər