Əsas məzmuna keç

İran: Marşrutdan çıxan ticarət gəmisi hərəkətsiz qaldı

İran: Marşrutdan çıxan ticarət gəmisi hərəkətsiz qaldı

İran dövlət televiziyasının məlumatına görə, Hürmüz boğazında hərəkət edən ticarət gəmisi təyin olunmuş marşrutdan kənara çıxdığı üçün dayazlıqda qalıb.

en ru

İran dövlət televiziyası boğazından keçən gəmisinin müəyyən edilmiş naviqasiya xəttindən kənara çıxaraq dayazlıq əraziyə oturduğunu bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, gəmi ölkə rəsmiləri tərəfindən müəyyən edilmiş marşrutdan kənara çıxdıqdan sonra dayazlıq əraziyə daxil olub və hərəkət qabiliyyətini itirib.

Məlumata görə, hadisə ilə bağlı hələlik gəminin hansı ölkəyə məxsus olduğu açıqlanmayıb.

Qeyd olunub ki, İran rəsmiləri 14 iyun tarixində ilə əldə olunduğu iddia edilən razılaşmanın 5-ci bəndinə əsasən, Hörmüz boğazından keçən bütün gəmilərin İranın müəyyən etdiyi marşrutlardan istifadə etməli olduğunu bildiriblər.

Bildirilib ki, rəsmi Tehran ABŞ-nin Oman sahilləri yaxınlığında formalaşdırdığı alternativ marşrutlara qarşı çıxır.

Mütəxəssislərin fikrincə, Hörmüz boğazının bəzi hissələrində dərinliyin az olması iri tonnajlı gəmilərin hərəkətini məhdudlaşdırır. Bu səbəbdən təhlükəsiz naviqasiyanın təmin edilməsi üçün gəmilərin müəyyən edilmiş seyir dəhlizlərindən istifadə etməsi vacib hesab olunur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…