Əsas məzmuna keç

Türkiyə XİN ABŞ və İran arasındakı atəşkəs qərarını alqışladı

Türkiyə XİN ABŞ və İran arasındakı atəşkəs qərarını alqışladı

Rəsmi Ankara Vaşinqton və Tehranın razılığını dəstəklədi. İslamabaddakı sülh prosesi və Pakistanın vasitəçiliyi ilə bağlı bəyanatın mühüm detalları xəbərimizdə.

en ru

Xarici İşlər Nazirliyi, ilə İran arasındakı atəşlə bağlı əldə olunmuş müvəqqəti razılaşmasını məmnuniyyətlə qarşıladığını bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, nazirlik bununla bağlı rəsmi bəyanat yayıb.

"Bölgədəki müharibə ilə bağlı elan olunan müvəqqəti atəşkəs qərarını məmnuniyyətlə qarşılayırıq. Müvəqqəti atəşkəsin sahədə tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayır və bütün tərəflərin əldə olunmuş razılaşmaya sadiq qalacağına ümid edirik. Daimi sülhə aparan yol yalnız dialoq, diplomatiya və qarşılıqlı etimad vasitəsilə mümkündür", - deyə bəyanatda qeyd olunub.

Həmçinin bildirilib ki, Türkiyə, İslamabad şəhərində keçiriləcək danışıqların uğurla nəticələnməsi üçün hər cür dəstəyi göstərməyə davam edəcək: "Bu prosesdə üzərinə düşən rola görə qardaş Pakistanı təbrik edir, sülhə töhfə verən bütün təşəbbüslərin davamını arzulayırıq".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…