Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İçərişəhər qala divarları üçün beynəlxalq mütəxəssis heyəti gəldi

2 dəq
Paylaş:
İçərişəhər qala divarları üçün beynəlxalq mütəxəssis heyəti gəldi

İçərişəhər ərazisində divarının bir hissəsində baş vermiş qismən dağılmadan sonra bərpa və monitorinq üçün mütəxəssislər də dəvət olunub.

Bunu “Operativ Məlumat Mərkəzi-OMM”-ə açıqlamasında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri deyib.

Qoruq sədri bildirib ki, ərazidə hazırda mühəndis-ekspertiza qiymətləndirilməsi davam etdirilir:

"Mütəxəssislər və dövlət qurumları koordinasiyalı şəkildə araşdırma və sabitləşdirmə işlərini davam etdirirlər. Onu da deyə bilərəm ki, indiki vəziyyətdə qala divarları üçün əlavə təhlükə yoxdur".

R.Mahmud qala divarının daimi monitorinqinin həyata keçirildiyini də vurğulayıb.

Qeyd edək ki, aprelin 9-da Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib. Mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii eroziya prosesləridir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax