Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Edqars Rinkeviçs Heydər Əliyev Mərkəzində olub

2 dəq
Paylaş:
Edqars Rinkeviçs Heydər Əliyev Mərkəzində olub

Azərbaycanda səfərdə olan Latviya Prezidenti Edqars aprelin 23-də Mərkəzində olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, qonağa dünya memarlığının nadir incilərindən sayılan Mərkəzinin binası haqqında məlumat verilib.

Qeyd olunub ki, Mərkəzin fəaliyyəti xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.

Buradakı Heydər Əliyev Muzeyində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.

Prezident Edqars Rinkeviçs əvvəlcə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə - 1969-cu ildən 2003-cü ilə qədər rəsmi istifadəsində olan avtomobillərə baxıb.

Ümummilli Liderin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif dövrlərini əks etdirən , fotoşəkillər və multimedia zalı qonaqda böyük maraq doğurub.

"Azərbaycan inciləri" sərgisi ilə də tanış olan Edqars Rinkeviçsə bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirildiyi bildirilib. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələrinin sərgiləndiyi, qədim çalğı alətlərimizin orijinal şəkildə - səsli formada təqdim olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

"Klassik avtomobillər sərgisi" ilə də tanış olan Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs daha sonra xatirə kitabına ürək sözlərini yazıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax