Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Hesablama Palatası "Azərenerji"də ciddi nöqsanlar aşkarlayıb

2 dəq
Paylaş:
Hesablama Palatası "Azərenerji"də ciddi nöqsanlar aşkarlayıb

Hesablama Palatası “Azərenerji”də investisiya və satınalma pozuntuları aşkarlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Hesablama Palatasının “Azərenerji” ASC-də apardığı audit zamanı dövlət investisiyalarının icrası, layihələrin səmərəliliyi və satınalmalar üzrə ciddi edilib.

Audit 2022–2024-cü illəri əhatə edib və ümumilikdə 255,8 mln. manatdan çox vəsait yoxlanılıb.

Hesabata əsasən, Kiçik Su Stansiyaları üzrə layihələr prioritet investisiya siyahısına daxil edilməzdən əvvəl texniki-iqtisadi əsaslandırmalar aparılmayıb. Nəticədə tikintisi başa 7 stansiyada gücündən istifadə cəmi 14,7–46% səviyyəsində olub ki, bu da gəlirliliyin azalmasına və xərclərin artmasına səbəb olub.

Audit zamanı müəyyən edilib ki, bəzi layihələrdə smetada nəzərdə tutulmayan işlər və xərclər satınalma müqavilələrinə daxil edilib, görülməmiş və ya planlaşdırılmamış işlərin dəyəri ümumi xərclərə əlavə olunub. Bu isə dövlət satınalmaları və tikinti normalarının pozulmasına gətirib çıxarıb.

Hesablama Palatası həmçinin satınalma prosesində çoxsaylı prosedur pozuntularını qeyd edib. Belə ki, tender sənədləri normativ tələblərə uyğun rəsmiləşdirilməyib, tender komissiyasının fəaliyyətində və maliyyə idarəetməsində boşluqlar aşkarlanıb.

Bundan əlavə, dövlət əmlakının idarə olunması və mühasibat uçotu sahəsində də uyğunsuzluqlar müəyyən olunub. Bəzi hallarda alınmış materiallar məsul şəxslərə təhvil verilməyib, aktivlər uçota alınmadan istifadə olunub.

Audit göstərib ki, tikintisi başa çatmış 7 Kiçik Su Elektrik Stansiyası istismara verilsə də, onların rəsmi qəbul prosedurları tamamlanmayıb.

Hesablama Palatası aşkar edilmiş nöqsanların aradan qaldırılması, stansiyaların istehsal gücünün artırılması və xərclərin optimallaşdırılması istiqamətində tədbirlərin görülməsini tövsiyə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax