Əsas məzmuna keç

Prezident İlham Əliyev minatəmizləmə ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev minatəmizləmə ilə bağlı fərman imzaladı

İlham Əliyev mühüm qaydaları təsdiqlədi. İçərişəhər və Dövlət Turizm Agentliyi tarixi abidə olan yerlərdə bu işlərə icazə verəcək. Dəyişikliyin təfərrüatları:

en ru

İlham Əliyev "Minatəmizləmə fəaliyyəti haqqında" Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə imzalayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Fərmanla "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi"nə yeni məzmunda yarımbənd əlavə edilib.

Belə ki, yeni 3.1.16-3-cü yarımbəndə əsasən, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanuna uyğun olaraq, qoruqların ərazilərində minatəmizləmə fəaliyyəti həyata keçirilərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda onların yerləşdiyi ərazidə minatəmizləmə fəaliyyətinin həyata keçirilməsinə icazə verməlidir.

Eyni mövzuda "Azərbaycan Respublikası Dövlət Agentliyi haqqında Əsasnamə"yə də 3.0.33-2-ci yarımbənd əlavə olunub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…