Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Uşaqların sosial təminatı gücləndirilir – yeni qanun layihəsi nə vəd edir?

4 dəq
Paylaş:
Uşaqların sosial təminatı gücləndirilir – yeni qanun layihəsi nə vəd edir?

Bir uşağın gündəlik ehtiyacları nə qədərdir və dövlət bu ehtiyaclara harada qədər cavabdehdir? İndiyə qədər bu sual daha çox niyyət səviyyəsində qalırdı. İndi isə məsələ qanun müstəvisinə daşınır. Milli Məclisdə müzakirəyə çıxarılan yeni qanun layihəsi uşaqların təminatı ilə bağlı yanaşmanı kökündən dəyişə biləcək mühüm yenilikləri gündəmə gətirir.

Bəs yeni qanun layihəsi uşaqların sosial təminatında nəyi dəyişəcək?

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib ki, yeni qanun layihəsinin əsas məqsədi uşaqların sosial təminatının daha da gücləndirilməsi və onlara dövlət dəstəyinin sistemli, ehtiyaca əsaslanan mexanizmlər üzərində qurulmasıdır.

günay ağamalı

Deputatın sözlərinə görə, layihədə ən mühüm yeniliklərdən biri uşaqlara göstərilən maddi təminatın minimumundan aşağı olmaması prinsipinin hüquqi norma kimi təsbit edilməsidir.

“Bu yanaşma sosial müavinətlərin və dövlət yardımlarının artıq yalnız minimum ehtiyacları deyil, uşağın real yaşayış və inkişaf tələbatını əsas götürməsini təmin edəcək,” – deyə Günay Ağamalı vurğulayıb.

Qeyd olunub ki, yeni tənzimləmələr zamanı ailənin gəliri, uşağın yaşı, sağlamlıq vəziyyəti və yaşayış şəraiti kompleks şəkildə qiymətləndiriləcək. Bu isə sosial dəstəyin daha ədalətli və hədəfli şəkildə göstərilməsinə imkan yaradacaq.

Deputat bildirib ki, çətin həyat şəraitində olan uşaqlarla bağlı yanaşma da köklü şəkildə dəyişir:

How to Apply for SSI for a Child - Supplemental Security Income

“Artıq yalnız maddi yardım deyil, inteqrə olunmuş sosial mexanizmləri tətbiq olunacaq. Bu mexanizmlərə psixoloji reabilitasiya, təhsilə çıxışın təmin edilməsi, sağlamlıq xidmətlərinə yönləndirmə, sosial işçi müşayiəti, eləcə də risk qrupunda olan uşaqların erkən mərhələdə müəyyən edilməsi daxildir”.

Çətin həyat şəraitində olan uşaqlar üçün hansı yeni mexanizmlər nəzərdə tutulur?

Günay Ağamalının sözlərinə görə, yeni qanun layihəsi dövlətin uşaqları yalnız yardım alan tərəf kimi deyil, sistemli şəkildə qoruyan və müşayiət edən subyekt kimi yanaşmasını təsbit edir.

“Bu qanun uşaqlara hüquq subyekti kimi yanaşmanın bariz nümunəsidir. Əsas məqsəd uşağın həyatında real və davamlı dəyişiklik yaratmaqdır,” – deyə deputat qeyd edib.

Social Security Children's Benefits: 2025 Rules - NerdWallet

Sonda deputat vurğulayıb ki, uşaqların rifahının təmin olunması cəmiyyətin gələcəyinə qoyulan ən etibarlı sərmayədir və bu qanun layihəsi məhz həmin strateji məqsədə xidmət edir.

Beləliklə, yeni qanun layihəsi uşaqlara yalnız yardım alan fərd kimi deyil, hüquqları qorunan və inkişafı dövlət tərəfindən sistemli şəkildə müşayiət edilən subyekt kimi yanaşmanı rəsmiləşdirir. Yaşayış minimumu artıq bir hədd deyil, başlanğıc nöqtəsi kimi müəyyənləşdirilir. Bu yanaşma onu göstərir ki, uşaqların rifahı sosial siyasətin kənarında deyil, mərkəzində dayanmalıdır. Çünki bu gün uşağa verilən , sabah cəmiyyətin necə olacağını müəyyən edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Müsahibə

Hamısına bax