Tramp administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) 10 min əməkdaşından yalnız 294-nü saxlamaq niyyətindədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, 294 işçidən yalnız 12-si Afrika bürosunda, səkkizi isə Asiya bürosunda çalışacaq.
USAID-in Administratoru J. Bryan Atvood bunu qəbuledilməz adlandırıb və əlavə edib ki, ixtisar bütün dünyada on milyonlarla insana kömək edən agentliyi məhv edəcək.
ABŞ administrasiyasının məqsədi USAID-i Marko Rubionun rəhbərlik etdiyi ABŞ Dövlət Departamenti ilə birləşdirməkdir.
Tramp artıq Rubionu USAİD-in müvəqqəti rəhbəri təyin edib.