Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ Senatı Kubaya qarşı hərbi güc məhdudiyyətini rədd etdi

1 dəq
Paylaş:
ABŞ Senatı Kubaya qarşı hərbi güc məhdudiyyətini rədd etdi

administrasiyasının Konqres təsdiqi olmadan Kubaya qarşı güc tətbiqini qadağan edən qətnamə ABŞ Senatında bloklanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ABŞ Konqresinin palatasında Demokrat Partiyasının üzvləri qətnamənin sürətləndirilmiş müzakirəyə çıxarılmasına cəhd etsələr də, təşəbbüs qəbul edilməyib.

Məlumata görə, səsvermədə 47 senator lehinə, 51 senator isə əleyhinə səs verib və nəticədə təşəbbüs dayandırılıb.

Bildirilib ki, son aylarda Demokratlar administrasiyanın güc tətbiqini məhdudlaşdırmaq üçün bir neçə qanunvericilik təşəbbüsü irəli sürsələr də, Respublikaçılar çoxluğu bu cəhdləri bloklayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Tramp daha əvvəl Kuba ilə bağlı gələcək siyasət və mümkün tədbirlərə dair açıqlamalar verib və Karib regionunda ABŞ təzyiq siyasətinin davam edə biləcəyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax