Əsas məzmuna keç

Si Cinpin ŞƏT ilə qlobal yaşıl inkişafı dəstəkləyəcək

Si Cinpin ŞƏT ilə qlobal yaşıl inkişafı dəstəkləyəcək

Pekin ekoloji idarəetmə üçün "Şanxay ruhunu" təşviq edir. Rusiya, İran və Hindistanın olduğu qurumda dayanıqlı dünya üçün atılacaq yeni addımların təfərrüatı xəbərdə.

ru en

Si Cinpin qlobal ekoloji idarəetmənin təkmilləşdirilməsi məqsədilə (ŞƏT) üzv ölkələri ilə əməkdaşlığa hazır olduqlarını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-inÇin mediasına istinadən yaydığı məlumata görə, Çin Prezidenti ŞƏT-in “yaşıl və davamlı inkişaf forumu”nun iştirakçılarına göndərib.

Məktubda qeyd olunur ki, Çin “Şanxay ruhunu” təşviq edərək qlobal idarəetmə sisteminin təkmilləşdirilməsinə və daha təmiz, daha davamlı dünya qurulmasına töhfə verməyə hazırdır.

Bildirilib ki, Si Cinpin Çin Xalq Respublikasının ekoloji siyasətində yaşıl inkişafa sadiqliyi vurğulayaraq ölkənin qlobal ekoloji sivilizasiyanın formalaşmasında fəal iştirak etdiyini qeyd edib.

Qeyd edək ki, ŞƏT 2001-ci ildə təsis olunmuş təşkilatdır və onun üzvləri arasında Çin, Rusiya, Hindistan, Pakistan, İran və digər dövlətlər yer alır. Təşkilatın geniş şəbəkəsinə bir sıra region ölkələri də daxildir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…