Əsas məzmuna keç

ŞƏT liderləri İrana dəstək bəyan etdilər

ŞƏT liderləri İrana dəstək bəyan etdilər

Şanxay Əməkdaşlıq Təşkilatının sammitində qəbul edilən sənəddə İranın suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olunub.

en ru

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlər İranın suverenliyi və ərazi bütövlüyünə dəstəklərini bir daha təsdiqləyiblər.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Qırğızıstanda keçirilən ŞƏT sammiti çərçivəsində qəbul edilən Bişkek Bəyannaməsində Yaxın Şərqdə və İran ətrafında baş verən proseslərdən ciddi narahatlıq olunub.

Bəyanatda İran ərazisinə endirilən hərbi zərbələr qətiyyətlə pislənib. Bu hücumların dinc əhali arasında çoxsaylı insan tələfatına və ölkə iqtisadiyyatına ciddi ziyan vurduğu bildirilib.

Sənəddə qeyd olunub ki, bu cür hərəkətlər beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də Nizamnaməsini kobud şəkildə pozur və qlobal və təhlükəsizlik üçün ciddi təhdid yaradır.

ŞƏT ölkələri mövcud münaqişənin yalnız siyasi və diplomatik vasitələrlə həll edilməsinin vacibliyini vurğulayıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…