Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Si Cinpin Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli ilə bağlı Çinin mövqeyini açıqladı

2 dəq
Paylaş:
Si Cinpin Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli ilə bağlı Çinin mövqeyini açıqladı

Çin Xalq Respublikasının sədri Pekinin , və Əfqanıstandakı münaqişələrin siyasi yollarla həlli üçün digər ölkələrlə koordinasiyanı gücləndirməyə hazır olduğunu bildirib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Si Cinpin Bişkekdə keçirilən Şanxay Təşkilatının (ŞƏT) liderlərinin iclasında çıxışı zamanı Çinin bütün tərəflərlə dialoq qurmağa və davamlı sülhün təmin olunması istiqamətində birgə səylər göstərməyə hazır olduğunu qeyd edib.

Çin liderinin sözlərinə görə, Pekinin əsas məqsədi münaqişələrin yalnız görünən nəticələrini aradan qaldırmaq deyil, həm də onların yaranmasına səbəb olan əsas amilləri aradan qaldırmaqdır.

Si Cinpin bildirib ki, Çin digər dövlətlərlə əlaqələri və koordinasiyanı gücləndirərək Ukrayna, Yaxın Şərq və Əfqanıstanda mövcud olan gərginliyin siyasi yollarla tənzimlənməsinə töhfə vermək niyyətindədir.

İclasda çıxış edən Prezidenti Vladimir Putin isə ŞƏT-ə üzv ölkələri dünyada silahlı münaqişələrin təhrik edilməsinin qarşısını almaq üçün səyləri artırmağa çağırıb.

Putin vurğulayıb ki, ŞƏT çərçivəsində sıx əməkdaşlıq Avrasiya qitəsində sabitliyin və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə