Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ Senatı müharibə səlahiyyətləri qətnaməsini rədd etdi

2 dəq
Paylaş:
ABŞ Senatı müharibə səlahiyyətləri qətnaməsini rədd etdi

Aprelin 15-də ABŞ prezidentin Konqresin təsdiqi olmadan aparmasını məhdudlaşdıran qətnaməni rədd edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "" agentliyi məlumat yayıb.

Səsvermənin nəticələrinə əsasən, 47 senator qətnamənin lehinə, 52 qanunverici isə əleyhinə səs verib. Məlumata görə, senatorların mövqeyi əsasən partiya xətti üzrə bölünüb.

Bildirilib ki, qətnaməni dəstəkləyən yeganə respublikaçı senator Rend Pol, əleyhinə səs verən yeganə demokrat isə Con Fetterman olub.

Qeyd edilib ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı əməliyyatlara başlamasından sonra Demokrat senatorlar bu təşəbbüsü artıq dördüncü dəfə təqdim ediblər.

ABŞ Konstitusiyasına əsasən müharibə elan etmək səlahiyyətinin Konqresə aid olmasına baxmayaraq, hər iki partiyanın nümayəndələri bu məhdudiyyətin qısamüddətli hərbi əməliyyatlara və ya ölkənin birbaşa təhlükə altında olduğu hallara şamil edilmədiyini bildirirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax