ABŞ və İran arasında keçiriləcək danışıqların əsas gündəm mövzuları açıqlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, İslamabadda baş tutacaq görüşdə İranın zənginləşdirilmiş uranı və Hörmüz boğazı əsas müzakirə predmetləri olacaq. Mənbələrin sözlərinə görə, xüsusilə Hörmüz boğazı məsələsi hazırda tərəflər üçün “qırmızı xətt”ə çevrilib.
Qeyd olunub ki, əvvəllər prioritet sayılmayan bu məsələ indi danışıqların mərkəzində yer alır. Eyni zamanda, İranın raket proqramı ilə bağlı müzakirələrin arxa plana keçəcəyi bildirilir.
CNN-in məlumatına görə isə, İran zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsi müqabilində ABŞ-dan ciddi sanksiya güzəştləri tələb edir. Bildirilir ki, Tehran həmçinin 20 milyard dollardan çox dəyərində dondurulmuş aktivlərinin azad edilməsini istəyir.