Əsas məzmuna keç

Fransa və Polşa: 7 ölkə yeni nüvə ittifaqına qoşulur

Fransa və Polşa: 7 ölkə yeni nüvə ittifaqına qoşulur

Emmanuel Makron və Donald Tusk Parisdə strateji addım atdı. Rusiyaya qarşı çəkindirmə üçün Aİ ölkələri Fransanın nüvə təlimlərinə qoşulur. Avropada yeni dövr!

en ru

Fransa və arasında sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilib ki, Fransa Prezidenti Emmanuel və Polşanın Tusk Parisin himayəsi altında birgə nüvə təlimləri məsələsini müzakirə ediblər. Makron Polşaya səfəri zamanı qeyd edib ki, gündəmdə olan məsələlər “məlumat mübadiləsi və birgə təlimlər”i əhatə edir.

Nəşrin yazdığına görə, Fransa Avropa İttifaqında nüvə silahına malik yeganə ölkə olaraq qalır və Makron daha əvvəl “Fransanın çəkindirməsində yeni mərhələ”nin başlandığını elan etmişdi.

Məlumata əsasən, Polşa ilə yanaşı Almaniya, Yunanıstan, Hollandiya, Belçika, Danimarka və İsveçin də bu təşəbbüs çərçivəsində Fransaya qoşulacağı gözlənilir. Qeyd olunur ki, ABŞ-nin nüvə silahlarının paylaşılması proqramında iştirak etməyən Varşava Avropanın Rusiyaya qarşı çəkindirmə qabiliyyətinin gücləndirilməsində maraqlıdır.

Donald Tusk isə bildirib ki, Polşa Fransanın əməkdaşlıq təklif etdiyi ölkələr qrupuna qoşulmaq qərarı verib: “Bu, Avropa suverenliyinin vacibliyini anlayan ölkələrdən ibarət eksklüziv qrupdur. Biz nüvə çəkindirməsinə ehtiyac duyulan bir dünyada yaşayırıq”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…