Unai Emeri Çempionlar Liqasının ümumi mərhələsində “Qalatasaray”a 0:1 hesabı ilə məğlub olduqları matçı şərh edib. “Aston Villa”nın baş məşqçisi ilk hissədə komandasının oyunundan qürur duyduğunu deyib.
Emeri bildirib ki, futbolçuları oyunun gedişinə planlarına uyğun nəzarət etməyə və rəqibi azarkeşlərinin dəstəyi qarşısında dayandırmağa çalışıblar. O, “Qalatasaray” azarkeşlərinin komandalarını irəli səslədiyini, stadiondakı atmosferin möhtəşəm olduğunu vurğulayıb. “Aston Villa” tərəfdarlarına da dəstəklərinə görə təşəkkür edib.
Məşqçinin sözlərinə görə, ilk hissədə plan əsasən işləyib, ancaq hücumun son üçdəbirində daha təhlükəli vəziyyətlər yaratmaq üçün kəskinlik çatmayıb. Fasilədən sonra komanda hücumda artırmağa çalışsa da, “Qalatasaray” daha fəal pressinq edib və “Aston Villa” topa əvvəlki kimi nəzarət edə bilməyib.
Emeri qeyd edib ki, komandası yaxşı müdafiə olunub, lakin cərimə meydançası yaxınlığında rəqibə bir neçə imkan və iki künc zərbəsi verib. Qol da həmin künc zərbələrindən birindən sonra vurulub. “Düşünürəm ki, ən azı heç-heçəyə layiq idik, çünki layiqli oyun göstərdik. Bu, Çempionlar Liqasının səviyyəsidir, xüsusən də “Qalatasaray” kimi komandaya qarşı səfərdə, inanılmaz atmosferdə oynayanda. Öyrənməli, təcrübə toplamalı və qarşıdakı sınaqlara daha yaxşı hazırlaşmalıyıq”, – deyə Emeri bildirib.