“Aston Villa”nın baş məşqçisi Unai Emery komandasının “Qalatasaray”la Çempionlar Liqasının 2026/2027 mövsümünün ümumi mərhələsinin beşinci turundakı oyundan bir gün əvvəl İngiltərədə məşq etməsinə münasibət bildirib. Bu qərar “Qalatasaray”ın ev stadionu “RAMS Park”ın meydançasında aparılan təmir işləri ilə əlaqədardır.
Matç noyabrın 24-də İstanbulda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Emery deyib ki, səfər öncəsi İngiltərədə məşq etmək klubun adi hazırlıq qaydasına uyğundur. Onun sözlərinə görə, komanda uzaq səfərlərdə və saat qurşağı dəyişəndə məşqlərini qarşılaşmanın keçiriləcəyi ölkədə keçirir. “Aston Villa” ötən il “Fənərbaxça” ilə oyundan əvvəl də bu üsula əl atıb.
“Əgər stadionda məşq edə bilsəydik, bəlkə də belə qərar verərdik, amma bu, hazırlıq qaydamızı dəyişmir. Bu, bəhanə deyil, çünki vəziyyət hər iki komandaya aiddir. Hazırıq, diqqətimizi cəmləmişik və rəqibi təhlil edirik”, – deyə Emery BBC-yə bildirib.