Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

BMT ABŞ-İran atəşkəsinin uzadılması qərarını alqışladı

2 dəq
Paylaş:
BMT ABŞ-İran atəşkəsinin uzadılması qərarını alqışladı

BMT -İran atəşkəsinin uzadılmasını alqışlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə BMT-nin baş katibinin sözçüsü Dujarrik açıqlama verib.

Bildirilib ki, BMT-nin baş katibi Vaşinqtonun İranla atəşkəsin müddətini uzatmaq qərarını müsbət qiymətləndirir. Məlumata görə, bu addım gərginliyin azaldılması və diplomatik səylərin gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.

“Bu, İranla ABŞ arasında gərginliyin azaldılması və diplomatiya və etimadın qurulması üçün vacib bir məkanın yaradılması istiqamətində atılmış mühüm addımdır”, – deyə Dujarrik bildirib.

O əlavə edib ki, bütün tərəflər atəşkəsi poza biləcək addımlardan çəkinməli və davamlı həllə nail olmaq üçün danışıqlarda konstruktiv iştirak etməlidir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl “Truth Social” platformasında İranla aprelin 22-də başa çatması planlaşdırılan atəşkəsin müddətini uzadacağını açıqlayıb.

Qeyd edək ki, İran Məclisi sədrinin müşaviri Mehdi Məhəmmədi isə bu addımı tənqid edərək, atəşkəsin uzadılmasını Vaşinqtonun yeni hücum hazırlığı üçün hiylə adlandırıb və ABŞ-nin şərt diktə edə bilməyəcəyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax