Əsas məzmuna keç

NATO-da nəhəng transformasiya başlayır

NATO-da nəhəng transformasiya başlayır

ABŞ qüvvələrinin Avropadan çıxarılması fonunda Mark Rutte yeni hərbi strategiyanı açıqladı. NATO 3.0 konsepsiyası və 139 milyardlıq büdcə artımı nəyi dəyişir?

ru en

NATO tarixində ən böyük dəyişikliklərdən biri ilə üz-üzədir. ABŞ qüvvələrinin Avropadakı rolunun yenidən formalaşdırılması və yeni hərbi səlahiyyətlərin Avropa ölkələrinə verilməsi NATO 3.0 konsepsiyasının əsasını təşkil edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu NATO-nun Mark NATO müdafiə nazirlərinin görüşündən sonra keçirilən konfransında bildirib.

Rutte ABŞ Pit Heqsetin Vaşinqtonun Avropadakı döyüş qüvvələrinin bir hissəsini çıxarmağa davam edəcəyi və ABŞ-ın gələcək iştirakının müttəfiqlərin müdafiəyə verdiyi töhfələrdən asılı olacağı barədə açıqlamalarını şərh edib.

“NATO bir transformasiya yaşayır, bəlkə də tarixində ən böyük transformasiya. Biz NATO 3.0 qurmalıyıq”, - deyə Rutte vurğulayıb.

NATO rəhbəri qeyd edib ki, Avropa ölkələri qarşısında böyük öhdəliklər dayanır və müttəfiqlər artıq bu istiqamətdə addımlar atırlar.

“Yenilənmiş məlumatlara görə, Avropa NATO ölkələri və Kanada 2025-ci ildə əvvəlki illə müqayisədə müdafiəyə 139 milyard dollar daha çox vəsait xərcləyəcəklər”, - deyə o bildirib.

Rutte əlavə edib ki, alyansın gələcək gücü üzv ölkələrin müdafiə sahəsində məsuliyyət paylaşımından və hərbi imkanların artırılmasından asılı olacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…