Əsas məzmuna keç

Mark Rutte: NATO Rusiya ilə dialoqu müzakirə etmir

Mark Rutte: NATO Rusiya ilə dialoqu müzakirə etmir

Alyans rəhbəri Mark Rutte Kiyevə dəstəyin prioritet olduğunu bildirib. Moskva ilə münasibətlərin normallaşması isə yalnız Avropa İttifaqının gündəliyindədir.

ru en

NATO hazırda ilə birbaşa dialoqun bərpası məsələsini müzakirə etmir, lakin Avropa İttifaqının bu istiqamətdə atdığı addımları dəstəkləməyə hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu NATO-nun Mark Rutte alyansın müdafiə nazirlərinin konfransından sonra keçirilən konfransında bildirib.

Ruttenin sözlərinə görə, Moskva ilə əlaqə kanallarının yenidən açılması məsələsi hazırda NATO çərçivəsində deyil, əsasən Avropa İttifaqı daxilində müzakirə olunur.

“Bunlar NATO-nun siyasi səyləri çərçivəsində aparılan müzakirələr deyil; onlar hazırda Aİ daxilində aparılır. Əlbəttə ki, biz bu müzakirələri izləyirik və bacardığımız qədər dəstəkləyəcəyik”, – deyə Rutte bildirib.

NATO baş katibi əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi artıq beşinci ilinə daxil olur və bu şəraitdə Kiyevə dəstək alyans üçün əsas prioritet olaraq qalır.

Onun sözlərinə görə, göstərib ki, Rusiya hərbi maşını məğlubedilməz deyil və döyüş meydanındakı vəziyyət dəyişə bilər.

Rutte vurğulayıb ki, əldə olunan nəticələrin qorunması və Ukraynanın müdafiə imkanlarının gücləndirilməsi üçün dəstəyin davam etdirilməsi vacibdir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…