Əsas məzmuna keç

Mark Rutte Donald Trampın yumor hissini yüksək qiymətləndirdi

Mark Rutte Donald Trampın yumor hissini yüksək qiymətləndirdi

NATO-nun Baş katibi Mark Rütte ABŞ prezidenti Donald Trampı "ata" adlandırdığı zaman baş verən anlaşılmazlıqdan və onun bu vəziyyətə yanaşmasından danışıb.

en ru

NATO-nun barədə səsləndirdiyi "daddy" (ata) ifadəsi ilə bağlı yaranan müzakirələrə münasibət bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Rütte "Sky News" telekanalına müsahibəsində Trampın yumor hissəsini yüksək qiymətləndirdiyini və həmin ifadənin yanlış anlaşıldığını deyib.

Baş katib bildirib ki, Trampı övladları arasında yaranan mübahisəyə müdaxilə edən və zəruri hallarda sərt mövqe nümayiş etdirən ata obrazına bənzətmək istəyib. Onun sözlərinə görə, ingilis dilində "daddy" sözünün müxtəlif mənalar daşıması bu ifadənin fərqli yozulmasına səbəb olub.

Rütte qeyd edib ki, Tramp sonradan vəziyyətə yumorla yanaşıb və "Daddy is home" ("Ata evdədir") ifadəsinin yer aldığı video paylaşaraq məsələyə zarafatla münasibət göstərib.

Baş katib bildirib ki, ABŞ Prezidentinin bu reaksiyası onun yumor hissəsini əks etdirir və bunu bəyəndiyini vurğulayıb.

Rutte xatırladıb ki, ötən ilin iyun ayında İran və İsrail arasında gərginliyi şərh edərkən Trampı uşaqlar arasında yaranan mübahisəyə müdaxilə edən ata obrazı ilə müqayisə etmişdi.

Onun sözlərinə görə, "daddy" ifadəsi ABŞ Prezidentinin NATO daxilində nümayiş etdirdiyi liderlik roluna istinad məqsədilə işlədilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…