Əsas məzmuna keç

Ukraynaya 90 milyard avroluq kredit veriləcək

Ukraynaya 90 milyard avroluq kredit veriləcək

Aİ səfirləri Kiyevə nəhəng maliyyə dəstəyini və Moskvaya yeni sanksiyaları təsdiqlədi. Macarıstanın vetonu ləğv etməsi və Drujba boru kəməri ilə bağlı mühüm gəlişmə.

en ru

Avropa İttifaqı (Aİ) səfirləri Kiyev üçün və Moskvaya qarşı 20-ci sanksiyalar paketi barədə razılığa gəliblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Aİ səfirləri üçün 90 milyard krediti təsdiqləyiblər.

Qeyd olunub ki, bu, Macarıstanın veto hüququnu ləğv etməsindən sonra baş verib.

əvvəllər Ukraynanın Drujba boru vasitəsilə Rusiya neftinin tranzitini dayandırmasına cavab olaraq bu iki təşəbbüsü bloklamışdı.

21 apreldə Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin boru kəmərinin təmirini başa çatdırdığını elan edib.

Ukrayna bildirib ki, boru kəməri Rusiyanın hücumu nəticəsində zədələnib. Macarıstan və Slovakiya isə təmir işlərinin siyasi səbəblərdən aparılmadığını iddia edib.Aprelin 22-də Macarıstanın MOL neft şirkəti Drujba boru kəmərinin Ukrayna operatorunun Macarıstan və Slovakiyaya xam neft tədarükünü bərpa etməyə hazır olması barədə məlumat aldığını açıqladı. MOL bildirib ki, Rusiya nefti boru kəməri ilə axmağa başlayıb və Macarıstan və Slovakiyaya ilk neft tədarükünün aprelin 23-dən gec olmayaraq başlayacağını gözləyir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…