Altı milyondan çox ukraynalı ölkəni tərk edərək qaçqın həyatı yaşayır, minlərlə insan isə münaqişədə həyatını itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Qərb ictimaiyyətinə əks olunan məlumatlar və kəşfiyyat hesabatlarının təxminləri fərqli olsa da, Rusiya və Ukrayna tərəfinin itkilərini təsdiqləyir.
Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl "NBC" telekanalına müsahibəsində bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin bu günə qədər itkiləri 46 min, yaralıların sayı isə 380 mindir.