Operativ Məlumat Mərkəzi

Türkiyənin yeddi vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib, həbs olunanlar var

1 dəq
Paylaş:
Türkiyənin yeddi vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib, həbs olunanlar var

Türkiyənin yeddi vilayətində FETÖ terror şəbəkəsinə qarşı əməliyyat keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, Mersin, İzmir, Adana, Niğde, Şanlıurfa, Elazığ və Osmaniye vilayətlərində keçirilən əməliyyatlar nəticəsində FETÖ-nün tələbə strukturlarına mənsub olmaqda şübhəli bilinən 12 nəfər saxlanılıb.

Saxlanılanlardan altı nəfəri həbs edilib. Onlardan üçü ifadə verdikdən sonra sərbəst buraxılıb. Digər üç şübhəlidən ikisinə xaricə getmək qadağan edilib, birinə isə ev həbsi cəzası verilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər