Əsas məzmuna keç

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr saxlanılıb

Rusiyada sosial şəbəkə vasitəsilə terror aktına cəlb edilən yeniyetmələr saxlanılıb

Rusiya İstintaq Komitəsinin məlumatına görə, Tuapsedə inzibati binada partlayış törətməyi planlaşdıran şəxslər barəsində cinayət işi açılıb.

en ru

Rusiya Federasiyasının Krasnodar diyarında aktına hazırlıqla bağlı başlanıb. İstintaq Komitəsinə istinadən yayılan məlumatlara görə, hadisədə iki yeniyetmə iştirak edib.

İstintaq materiallarında qeyd olunur ki, mart ayında Kuban vilayətinin 18 yaşlı sakini üzərindən terror təşkilatlarından birinin üzvü ilə əlaqə qurub. Kurator yeniyetməyə 300-500 dollar qarşılığında özüyığma bomba hazırlamağı təklif edib. O, bu tapşırığı yerinə yetirmək üçün 17 yaşlı tanışını da prosesə cəlb edib.

İstintaqın gəldiyi qənaətə görə, kuratorun göstərişi ilə aşağıdakı addımları atıblar:

  • Hərbi obyektin çəkilişini aparıblar.
  • Mühafizə sistemi və videomüşahidə kameralarının yerləşməsi barədə məlumatları ötürüblər.
  • Bu fəaliyyətlərin müqabilində yeniyetmələrdən birinin hesabına 30 dollar köçürülüb.

FTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayətin qarşısı alınıb. Saxlanılan şəxslərə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 2-ci hissəsinin "a" bəndi və 30-cu maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb. Dindirilmə zamanı günahlarını etiraf edən yeniyetmələr məhkəmənin qərarı ilə təcridxanasına yerləşdiriliblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…