Əsas məzmuna keç

Türkiyəli nazir: “2023-cü il oktyabrın 29-da dağlarda 1 nəfər də terrorçu qalmayacaq”

Türkiyəli nazir: “2023-cü il oktyabrın 29-da dağlarda 1 nəfər də terrorçu qalmayacaq”

bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu Gaziosmanpaşa rayonunda çıxışı zamanı deyib. O bildirib ki, bəzi güclər Türkiyənin cənubunda terror...

“2023-cü il oktyabrın 29-da dağlarda 1 nəfər də terrorçu qalmayacaq”.

"Operativ Məlumat Mərkəzi-OMM" “İhlas”a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Gaziosmanpaşa rayonunda çıxışı zamanı deyib.

O bildirib ki, bəzi güclər Türkiyənin cənubunda dövləti qurmaq istəyirlər: “Terror təşkilatları insanlarımıza zülm edirlər. Biz terrorla mübarizəni uğurla davam etdirəcəyik. Söz verirəm ki, oktyabrın 29-na qədər dağlarda terrorçu qalmayacaq”.

Nazirin sözlərinə görə, Türkiyədə keçiriləcək seçkilərinə qədər - qarşıdakı on yeddi gün ərzində çox çalışmaq lazımdır: “On yeddi gün ərzində Türkiyənin 21 il ərzində nələri həyata keçirdiyini göstərməliyik”.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…