Türkiyədə oyuncaq silahla 600 min lirə dəyərində oğurluq edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Konyadakı marketlərdən birində törədilib.
Tibbi maska ilə marketə daxil olan şəxs satıcıya meyvə qurusu almaq istədiyini bildirib. Ardınca gizlətdiyi oyuncaq silahı çıxararaq satıcını təhdid edən oğru kassadakı pulu götürərək hadisə yerindən uzaqlaşıb.
Xatırladaq ki, baş verən dələduzluqla bağlı iki nəfər saxlanılıb.