Əsas məzmuna keç

Türkiyədə meşə yanğınları tüğyan edir: yaşayış məntəqələrinə yaxınlaşıb

Türkiyədə meşə yanğınları tüğyan edir: yaşayış məntəqələrinə yaxınlaşıb

İzmirin Karşıyaka rayonunda, dağında davam edən yanğın küləyin ilə böyüyüb və məntəqələrinə yaxınlaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM" KİV-lərinə istinadənxəbər verir ki, təbii fəlakətlə əlaqədar Doğançay və Sancaklı məhəllələri təxliyə edilib.

Məlumata görə, bir neçə ev yanğından zərər görüb.

Qeyd edək ki, yanğınları Türkiyənin digər ərazilərini də cənginə alıb. Bolu şəhərində dünən günorta saatlarında başlayan və küləyin təsiri ilə təxminən 100 hektar əraziyə yayılan meşə yanğını 21 saatdır, davam edir. Boludakı yanğının tüstüsü Eskişehir səmasını bürüyüb.

Manisada isə meşə yanğını üçüncü gündür ki, davam edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…