Əsas məzmuna keç

Türkiyədə gənc cütlüklərə 2 milyard 76 milyon lirəlik evlilik dəstəyi

Türkiyədə gənc cütlüklərə 2 milyard 76 milyon lirəlik evlilik dəstəyi

Türkiyənin Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdemir Göktaş Ailə və Gənclik Fondu çərçivəsində bu ay 18 334 gəncə 2 milyard 76 milyon lirə ödəniş edildiyini açıqlayıb.

en ru

Türkiyənin Ailə və Sosial naziri Mahinur Özdemir Göktaş Ailə və Gənclik Fondu çərçivəsində gənclərə və yeni ailə quran cütlüklərə göstərilən maliyyə ilə bağlı açıqlama yayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ailə və Sosial Xidmətlər Nazirliyinin xidməti rəsmi məlumat dərc edib.

Məlumata görə, ölkə üzrə 81 vilayəti əhatə edən layihə Türkiyənin yeraltı sərvətlərindən əldə olunan gəlirlər hesabına maliyyələşdirilir.

Müraciətlərin əhatə dairəsini genişləndirmək məqsədilə kredit məbləğləri və gəlir meyarları yenilənib. Yenilənmiş şərtlərə əsasən:

18-25 yaş aralığında olan cütlüklərə 250 min lirə,

26-29 yaş aralığında olanlara isə 200 min lirə kredit ayrılır.

Təsdiqlənmiş kreditlər 48 ay müddətinə təqdim olunur və ilk 2 il ödəniş tələb edilmir. Eyni zamanda, son altı ay üzrə gəlir tələbi minimum əməkhaqqının 2,3 mislindən 2,5 mislinə qaldırılıb.

Bundan əlavə, kredit dövründə övladı dünyaya gələn cütlüklər üçün xüsusi güzəştlər nəzərdə tutulub. İlk uşaq doğulduqda 12 aylıq ödəniş bağışlanır və növbəti ödənişlər 12 ay təxirə salınır. İkinci uşaq dünyaya gəldikdə isə qalan borcun hamısı ləğv edilir. İndiyədək 20 162 cütlük birinci uşaqla bağlı güzəştdən istifadə edib, iki və daha çox övladı olan 409 cütlüyün borcu isə tamamilə silinib. Fondun dəstəklədiyi 20 571 cütlüyün ümumilikdə 20 988 uşağı dünyaya gəlib.

Nazir Göktaş bildirib ki, 2024-cü ildə pilot layihə kimi başlayan və 2025-ci ildən bütün ölkəyə şamil edilən fonda ümumilikdə 308 767 müraciət daxil olub. Son ay ərzində 18 334 gəncə 2 milyard 76 milyon lirə ödənilib. Bununla da yolunda olan 222 988 gəncə ümumilikdə 21 milyard 48 milyon lirə faizsiz kredit dəstəyi verilib. Maddi yardımlarla yanaşı, təlim və məsləhət xidmətləri çərçivəsində 260 234 gəncə dəstək göstərilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…