Əsas məzmuna keç

Türkiyə yanğın bölgələrinə 25 milyon lirə ayırdı

Türkiyə yanğın bölgələrinə 25 milyon lirə ayırdı

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi yanğın bölgələrindəki vətəndaşların ehtiyaclarının qarşılanması üçün maliyyə yardımı prosesinə start verib.

ru en

Türkiyənin Ailə və Sosial naziri meşə yanğınlarından zərər çəkən bölgələrə dövlət dəstəyinin davam etdiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Aydın, , və Muğla vilayətlərində baş verən meşə yanğınlarından sonra dövlətin bütün imkanları səfərbər olunub.

Nazir bildirib ki, əsas məqsəd ərazilərdə həyatın qısa müddətdə normallaşdırılması və vətəndaşların ehtiyaclarının qarşılanmasıdır.

Bildirilib ki, ilkin ehtiyacların ödənilməsi məqsədilə sözügedən bölgələrə ümumilikdə 25 milyon türk lirəsi məbləğində vəsait ayrılıb.

Qeyd olunub ki, Sosial Yardımlaşma və Həmrəylik Fondları vasitəsilə zərərçəkmiş ailələrə baş çəkilir, dəymiş ziyanın qiymətləndirilməsi istiqamətində işlər davam etdirilir.

Mahinur Özdemir Göktaş dövlət qurumlarının zərərçəkmiş vətəndaşların yanında olmağa davam edəcəyini bildirib, yanğınlardan zərər görənlərə keçmiş olsun arzularını çatdırıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…