Əsas məzmuna keç

Türkiyədə çimərlikdə ailənin üç üzvünün meyiti tapıldı

Türkiyədə çimərlikdə ailənin üç üzvünün meyiti tapıldı

Antalyada baş verən dəhşətli hadisə ilə bağlı təfərrüatlar məlum olub. Dəniz kənarında aşkarlanan cəsədlərin kimliyi və ölüm səbəbi hər kəsi şoka salıb.

en ru

Türkiyənin Kocaeli şəhərində çimərlikdə üç nəfərin meyiti tapılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, əvvəlcə iki qadının, daha sonra isə bir kişinin meyiti sahildə aşkarlanıb. Şahidlər baş verənlərlə bağlı təcili xidmətlərə məlumat veriblər. Hadisə yerinə həkimlər, və sahil mühafizə qüvvələri göndərilib.

Həlak olanların şəxsiyyəti müəyyənləşdirilib. Onların bacı və qardaş olduğu məlum olub: 17 yaşlı Məhəmməd Əli Sakər, 24 yaşlı Gülşah Sakər və 15 yaşlı Belinay Sakər.

Daha əvvəl itkin düşmüş hesab olunan üçüncü bacı Bilgənur Sakər isə axtarış əməliyyatı nəticəsində sağ vəziyyətdə tapılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…