Əsas məzmuna keç

Türkiyə Silahlı Qüvvələri Venesuelada axtarış-xilasetmə əməliyyatlarını davam etdirir

Türkiyə Silahlı Qüvvələri Venesuelada axtarış-xilasetmə əməliyyatlarını davam etdirir

Türkiyənin xilasetmə qrupları və xüsusi təlim keçmiş itlər Venesuelada baş verən zəlzələnin fəsadlarını aradan qaldırmaq üçün gərgin iş rejimində çalışırlar.

en ru

Milli (MSB) Venesuelada baş verən dağıdıcı zəlzələdən sonra bölgəyə türk xilasedici qrupların fəaliyyətini davam etdirdiyini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə nazirliyin rəsmi məlumatında bildirilib.

Qeyd olunub ki, Türkiyədən göndərilən heyət çətin relyef və hava şəraitinə baxmayaraq, əməliyyatlarını fasiləsiz şəkildə davam etdirir və zərərçəkmişlərə yardım göstərir.

Məlumata görə, əməliyyatlarda “AFAD” əməkdaşları ilə yanaşı, Türkiyə Silahlı Qüvvələrinin (TSK) Briqadasına tabe xüsusi axtarış-xilasetmə qrupları və təlim keçmiş itlər də iştirak edir.

Bildirilib ki, qruplar dağıntılar altında qalan insanların tapılması və onlara yardım göstərilməsi üçün gecə-gündüz fəaliyyət göstərirlər.

Qeyd edilib ki, TSK-nın peşəkar heyəti ağır şəraitə baxmayaraq, zərərçəkmiş əhaliyə yardımın çatdırılması və xilasetmə işlərinin effektiv aparılması üçün missiyasını davam etdirir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…