Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Asim Camalzadənin yas mərasimində iştirak edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu barədə “X”də yazıb.
“Yaşasın Türkiyə - Azərbaycan qardaşlığı”, - diplomat paylaşımda qeyd edib.